...

Güllələnmə hadisəsi baş verən liseyin qarşısındakı son vəziyyət (FOTO)

Hadisə Materials 6 Fevral 2026 12:09 (UTC +04:00)
Güllələnmə hadisəsi baş verən liseyin qarşısındakı son vəziyyət (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında silahlı insident baş verən özəl "İdrak" liseyi hazırda qapılarını kənar şəxslərin üzünə bağlayıb. Təhsil ocağının qarşısında isə mətbuat nümayəndələri, valideynlər və vətəndaşlar toplaşıb.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, təhsil ocağının rəsmiləri liseyin daxilindədir və onlar hələki jurnalistlərin qarşısına çıxmayıb. Dərslər təxirə salınıb və valideynlər övladlarını liseydən aparır.

Qeyd edək ki, fevralın 6-da saat 09:10 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə liseydə müəllim işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Hadisə törədən məktəbli saxlanılıb. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Kliniki Tibbi Mərkəzə odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb, vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti