Bakı. Trend:
İslamabadda cümə namazı vaxtı məscidin qarşısında törədilən kamikadze hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, hücuma görə hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
xxx
14:06
Pakistanın paytaxtı İslamabadda Tarlay Kəlam məscidinin qarşısında güclü partlayış törədilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, partlayış nəticəsində azı 10 nəfər həlak olub, 80 nəfər yaralanıb.
Yerli KİV cümə namazı zamanı edilmiş hücumun terrorçu-kamikadze tərəfindən törədildiyini yazır.
İnsidentdən sonra hadisə yerinə çox sayda hüquq mühafizə orqanları əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.
Hücuma görə hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
