Bakı. Trend:
USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ-nin aviadaşıyan gəmilərinin zərbə qrupu Ərəbistan dənizi bölgəsində aviadaşıyan əsaslı təyyarə uçuşları həyata keçirməyə davam edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"İki hərbi təchizat gəmisi və iki ABŞ Sahil Mühafizəsi gəmisinin müşayiəti ilə bir aviadaşıyıcı zərbə qrupu Ərəbistan dənizində birlikdə hərəkət edir, 9-cu Hava Qanadından olan təyyarələr isə onun üstündə uçuşlar həyata keçirirlər", - deyə bildirilib.
Təyyarədaşıyanda üç eskadrilya F/A-18E Super Hornet qırıcıları və bir eskadrilya beşinci nəsil F-35C Lightning II qırıcıları yerləşir.