...

"Tesla" Çində sürücülər üçün süni intellekt əsaslı texnologiyanı sınaqdan keçirir

Dünya xəbərləri Materials 6 Fevral 2026 21:42 (UTC +04:00)
"Tesla" Çində sürücülər üçün süni intellekt əsaslı texnologiyanı sınaqdan keçirir

Bakı. Trend:

ABŞ-nin "Tesla" avtomobil istehsalçısı süni intellekt əsaslı sürücü yardım texnologiyalarını Çində sınaqdan keçirməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Tao Lin deyib.

""Tesla" müstəqil olaraq Çində süni intellekt təlim mərkəzinə investisiya qoyub və oradan istifadə etməyə başlayıb", - deyə o bildirib.

O, mərkəzin hesablama gücünü açıqlamayıb, sadəcə şirkətin mövcud ehtiyaclarını ödəmək üçün kifayət olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti