...

Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirildi (YENİLƏNİB)

İdman Materials 7 Fevral 2026 01:06 (UTC +04:00)
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirildi (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasim Milandakı "San Siro" stadionunda baş tutub.

Daha sonra 92 milli komandanın paradı keçirilib.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Dövlət bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.

Qeyd edək ki, XXV Olimpiya Oyunları 22 fevrala qədər davam edəcək. Yarışlarda 92 milli komandadan 2900-dən çox idmançının iştirak edəcək.

xxx

23:43

İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasim Milandakı "San Siro" stadionunda baş tutur.

İtaliya prezidenti Sercio Mattarellanın və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventrinin açılış nitqi ilə çıxış edəcəyi gözlənilir.

BOK tərəfindən təhsil, mədəniyyət və idman vasitəsilə sülhün təşviqi sahəsindəki nailiyyətlərə görə təsis edilən Olimpiya Dəfnəsi mükafatlandırma mərasimi də keçiriləcək.

Daha sonra 92 milli komandanın paradı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti