Bakı. Trend:
“İslam Dövləti” qruplaşması Pakistanın paytaxtı İslamabadda məscidin qarşısında törədilən terror hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Trend xəbər verir ki, terror qruplaşması bu barədə "Telegram" kanalında bəyanat yayıb.
Silahlı qrup, həmçinin hücumçunun üzünün örtülü, gözlərinin isə bulanıq olduğu bir görüntü də yayımlayıb.
Qeyd edək ki, fevralın 6-da İslamabadda məscidə kamikadze ilə terror hücumu olub. Partlayış nəticəsində azı 31 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb.
