...

Gənclər Fondunun ideyatonunda gənclərin təqdimat bacarıqları inkişaf etdirilir - Pərvanə Cəlalı

Cəmiyyət Materials 6 Fevral 2026 17:17 (UTC +04:00)
Gənclər Fondunun ideyatonunda gənclərin təqdimat bacarıqları inkişaf etdirilir - Pərvanə Cəlalı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənc Vizyon” layihəsi, yəni ideyaton, gənclərin öz ideyalarını konseptual formada reallaşdıraraq təqdim etmələri üçün açıq və yaradıcı bir platforma rolunu oynayır.

Trend xəbər verir ki, bu fikitləri bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimai Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlalı “GəncVizyon" İdeyatonunun 2-ci günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ideyaton gənclərə komanda işi və liderlik, ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdirmək, eyni zamanda özlərinin yaradıcı və innovativ ideyalarını ortaya qoymaq və potensiallarını nümayiş etdirmək baxımından mühüm dəstək verir:

“Bu gün burada 240 gənc, 40 komanda formatında öz layihələrini təqdim edib. Münsiflər heyətinin dəyərləndirməsi əsasında isə artıq 3 komanda qalib seçilib və mükafatlandırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti