Bakı. Trend:
Polşa prokurorluğu Macarıstanda siyasi sığınacaq alan keçmiş ədliyyə naziri Zbiqnev Ziobronu axtarışa verib.
Trend-in məlumatına görə, bu barədə Polşanın Milli Prokurorluğu "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, Varşavadakı Mokotov Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin keçmiş rəhbərinin 90 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. Bundan əvvəl Polşa prokurorları müxalifətdəki Hüquq və Ədalət partiyası siyasətçisinə qarşı 26 ittiham irəli sürmüşdülər, o cümlədən "cinayətkar qrupa rəhbərlik etmək".