...

Türkiyədə güclü zəlzələ olub

Dünya xəbərləri Materials 6 Fevral 2026 15:45 (UTC +04:00)
Türkiyədə güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin şərqində, Ərzincan vilayətində güclü zəlzələ olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələnin episentri Erzincanın Kemah rayonu olub.

Zəlzələnin yeraltı ocağı isə 4,52 kilometr dərinlikdə olub. Yeraltı təkanlar Elazığı və Tuncəli vilayətlərində də hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti