...

Müəllimi güllələyən şagird həbs edildi

Gündəm Materials 7 Fevral 2026 16:25 (UTC +04:00)
Müəllimi güllələyən şagird həbs edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə həbs edilib.

Trend-in məlumatına görə, Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Ə. Ş. barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti