Bakı. Trend:
Bazar kapitallaşması baxımından ən böyük iki kriptovalyuta olan "Bitcoin" və "Ethereum" (ETH)-ın qiyməti 5 faiz ətrafında artmaqdadır.
Trend-in məlumatına görə, bu barədə "Binance" kriptovalyuta birjasından bildirilib.
Məlumata əsasən, Bitkoin 5,16 faiz artaraq 70.553 min dollara, "Ethereum" isə 4,49 faiz artaraq 2.056 min dollara çatıb.
Bir gün əvvəl kriptovalyuta qiymətlərində təxminən 11 faiz səviyyəsində kəskin azalma qeydə alınıb.