...

"Arsenal" "Qarabağ"ın rəqibinə 100 milyon funt-sterlinq təklif edəcək

İdman Materials 7 Fevral 2026 14:34 (UTC +04:00)
"Arsenal" "Qarabağ"ın rəqibinə 100 milyon funt-sterlinq təklif edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Premyer Liqada klubunu dəyişə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" italiyalı futbolçunun xidmətində maraqlıdır.

"Arsenal" yayda Tonalini heyətinə qatmağa çalışacaq. London klubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyon funt-sterlinqlik təklif göndərəcək.

"Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park"da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti