...

ABŞ müharibənin bu tarixdə bitməsini istəyir

Dünya xəbərləri Materials 7 Fevral 2026 14:20 (UTC +04:00)
ABŞ müharibənin bu tarixdə bitməsini istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukrayna müharibəsinin yaya qədər başa çatdırılmasına can atır və çox güman, bu məqsədə nail olmaq üçün Kiyevə təzyiq göstərəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“ABŞ müharibəni yay başlanana qədər bitirməyi təklif edir və, görünür, bu qrafika uyğun olsun deyə təzyiq göstərəcək ... Niyə məhz yaya qədər? Anladığımız qədər, burada onların daxili məsələləri rol oynayır və həmin məsələlər onlar üçün daha aktual olacaq”,- deyə o bildirib.

Qeyd edək ki, 2026-cı ilin noyabrında ABŞ-də aralıq seçkilər keçiriləcək və bu seçkilərdə demokratlar Konqres üzərində nəzarəti yenidən əldə etməyə ümid edirlər.

Ukrayna Prezidenti bundan başqa qeyd edib ki, ABŞ nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda “enerji atəşkəsi” elan etməyi təklif ediblər və Ukrayna buna razılaşıb.

O, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasındakı danışıqların nəticələrini şərh edərkən əlavə edib ki, əsirlərin mübadiləsi davam etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti