Bakı. Trend:
“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Raid Abbaszadəni rənglərinə bağlayıb.
25 yaşlı yarımmüdafiəçi bundan sonra Premyer Liqa klubunun uğurları üçün mübarizə aparacaq.