...

Astronavtların “iPhone”dan istifadəsinə icazə veriləcək

Dünya xəbərləri Materials 6 Fevral 2026 20:02 (UTC +04:00)
Astronavtların “iPhone”dan istifadəsinə icazə veriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) gələcək Ay və orbital missiyaları üçün ekipajlara agentliyin tarixində ilk dəfə uçuşları sənədləşdirmək məqsədilə Apple iPhone smartfonları veriləcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz ekipajlarımıza ailələri üçün xüsusi anları qeyd etməyə imkan verəcək alətlər təqdim edəcəyik və ilhamverici şəkilləri və videoları bütün dünya ilə paylaşa biləcəklər. Biz illərlə davam edən proseslərə meydan oxuduq və qısa müddət ərzində kosmik uçuşlar üçün müasir avadanlıqlar hazırladıq”, – NASA-nın rəhbəri Cared Ayzekman X sosial şəbəkəsində yazıb.

Kosmosda kütləvi kommersiya məhsullarının istifadəsi NASA üçün nadir hadisədir, çünki adətən bu, cihazın uzun müddətli sınağını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti