...

Azərbaycanda ilk dəfə 700-dən çox gəncin iştirakı ilə fərdi intellektual ideyaton keçirilir

Cəmiyyət Materials 6 Fevral 2026 17:00 (UTC +04:00)
Azərbaycanda ilk dəfə 700-dən çox gəncin iştirakı ilə fərdi intellektual ideyaton keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Gənclər Fondu tərəfindən “Gəncivizyon” ideyaton müsabiqəsi həyata keçirilir. Bu müsabiqənin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin təşəbbüskarlığının inkişafı və innovativ gənc nəslin formalaşmasına töhfə verməkdir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Əliyev “GəncVizyon" İdeyatonunun 2-ci günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gənclər Fondu tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər proqramı həyata keçirilib:

“İlk olaraq, 3000-dən artıq gəncin iştirakı ilə Gənclər Festivalı təşkil olunub. Daha sonra ölkənin ən böyük intellektual yarışı keçirilib. Ötən gün isə “Gənc Talks” motivasiya proqramı baş tutub. İnnovasiya sahəsi üzrə bu gün isə məhz bu ideyaton həyata keçirilir”.

Y.Əliyev vurğulayıb ki, “GəncVizyon" İdeyaton fərdi intellektual yarışda 700-dən artıq gənc iştirak edib.

“Bu, Azərbaycan tarixində ilk dəfə bu miqyasda keçirilən fərdi intellektual yarışdır. İdeyatonda seçim mərhələsindən sonra 40 komanda mübarizə aparıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti