Bakı. Trend:
Dövlətin qoruduğu mədəni sərvətlərin istifadə qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Trend-in məlumatına görə, Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib.
Belə ki, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb oldubda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
