...

Moskvada robot qar təmizləyicisi sınaqdan keçirildi (FOTO)

Dünya xəbərləri Materials 6 Fevral 2026 13:22 (UTC +04:00)
Moskvada robot qar təmizləyicisi sınaqdan keçirildi (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada humanoid robotun qar təmizləyicisi kimi istifadə olunma imkanları sınaqdan keçirilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəni “NN” "telegram" kanalının müəllifləri reallaşdırıblar.

Belə ki, "Unitree G1" robotu süpürgə və kürəklə təchiz edilib. O, sadə hərəkətləri yerinə yetirə bilib.

Lakin şaxtalı hava və buzlaşma robotun tarazlığında problemlər yaradıb, –20°C temperaturda isə batareya cəmi 20 dəqiqə işləyib.

Layihə üçün icarəyə götürülmüş robotdan istifadə edilib, bir çox şirkətlər isə təcrübədə iştirakdan imtina ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti