...

Ukraynada etirazla qarşılanan 14 yaşda evlənmək icazəsi qanun layihəsindən çıxarıldı

Dünya xəbərləri Materials 6 Fevral 2026 17:07 (UTC +04:00)
Ukraynada etirazla qarşılanan 14 yaşda evlənmək icazəsi qanun layihəsindən çıxarıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada təklif edilən və bir neçə gün əvvəl müzakirəyə çıxarılan, 14 yaşdan etibarən nikaha icazə verilməsini nəzərdə tutan norma “Nikah hüququ” adlı Mülki Məcəllə maddəsinə dair qanun layihəsindən çıxarılacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarlarından biri olan Ali Radanın spikeri Ruslan Stefançuk sosial şəbəkə hesablarında paylaşım edib.

Parlament spikeri qeyd edib ki, sosial şəbəkələrdə qanun layihəsinin maddələrindən birinin guya nikah yaşının 14-ə endirilməsi ilə bağlı olduğu barədə tənqidlər yayılır.

O vurğulayıb ki, qanun layihəsi nikah yaşının azaldılmasını deyil, 14 yaşına çatmış şəxsin hamilə qalması və ya uşağının doğulması halında nikahın yalnız məhkəmə qərarı ilə mümkün olmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu norma erkən nikaha təşviq etmir, sadəcə yeni doğulmuş uşağın atalı-analı ailədə böyüməsi üçün imkan yaratmağa yönəlib.

“Bununla belə, işçi qrup görür ki, cəmiyyət bu normanı birmənalı qarşılamır. Buna görə də biz müzakirələrin yekununa əsasən qərar qəbul etdik... Layihədə belə bir norma olmayacaq”, – Stefançuk bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti