...

Tramp İranla ticarət edən ölkələrin mallarına rüsum tətbiq edən fərman imzaladı

Dünya xəbərləri Materials 7 Fevral 2026 04:28 (UTC +04:00)
Tramp İranla ticarət edən ölkələrin mallarına rüsum tətbiq edən fərman imzaladı

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrandan mal və ya xidmət idxal edən ölkələrdən gələn mallara əlavə rüsumlar tətbiq etməyə imkan verən fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.

Bildirilib ki, ABŞ-yə idxal edilən və birbaşa və ya dolayı yolla İrandan mal və ya xidmət alan, idxal edən və ya başqa şəkildə qəbul edən istənilən ölkədən gələn mallara, məsələn, 25 faiz əlavə advalor (malların dəyərinə mütənasib) rüsumları tətbiq edilə bilər.

Bu tədbirlər fevralın 7-də qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti