Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Trend dövlət xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 110.694 ədəd belə NKA quraşdırılıb.
Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub. Vurğulanıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 268,8 milyon manat, yaxud 13,3 faiz çoxdur.
