Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.
QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.
Bildirilib ki, Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.
Qeyd edilib ki, səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
