...

Fransada gözəllik salonunda partlayış oldu, 6 nəfər yaralandı

Dünya xəbərləri Materials 7 Fevral 2026 00:17 (UTC +04:00)

Bakı. Trend:

Fransanın İzer departamentinin Qrenobl şəhərindəki gözəllik salonunda qumbara partlaması nəticəsində ən azı altı nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Franceinfo" radio stansiyası polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, yerli vaxtla təxminən saat 15:00 radələrində şəhər mərkəzindəki gözəllik salonuna qumbara atılıb, nəticədə salonun pəncərəsi sınıb və altı nəfər yüngül xəsarət alıb. Qeyd olunub ki, qurbanlar arasında beş yaşlı bir uşaq da var.

Prokurorun sözlərinə görə, partlayıcı qurğunun öldürmək üçün deyil, qorxutmaq üçün nəzərdə tutulduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti