...

Nepalda avtobus dərəyə aşdı - Azı 13 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Fevral 2026 12:42 (UTC +04:00)
Nepalda avtobus dərəyə aşdı - Azı 13 nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər, o cümlədən uşaqlar həlak olub, təxminən 40 nəfər isə xəsarət alıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səkkiz sərnişin hadisə yerində ölüb. Fövqəladə xidmətlər 45 nəfəri xilas edərək xəstəxanalara çatdırıblar. Tibb müəssisəsinə yerləşdirilən daha beş zərərçəkən ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti