Bakı. Trend:
Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən Tahir Mamedov cinayət işi üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tahir Mamedov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
