...

Bu günədək müntəzəm avtobus reysləri ilə işğaldan azad olunmuş ərazilərə səfər edənlərin sayı açıqlandı

Cəmiyyət Materials 6 Fevral 2026 11:58 (UTC +04:00)
Bu günədək müntəzəm avtobus reysləri ilə işğaldan azad olunmuş ərazilərə səfər edənlərin sayı açıqlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. Bu günədək ümumilikdə 15 464 reys həyata keçirilib, 186 000 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, təkcə bu ilin yanvar ayı ərzində işğaldan azad olunmuş ərazilərə 1173 reyslə 10 690 nəfər səfər edib.

Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. “Biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların fərdi nəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minik avtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək səfər edə bilirlər.

Bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün 3 286 646 nəfərə portal üzərindən icazə verilib. Onlardan 3692 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Təkcə bu ilin yanvar ayı ərzində 47 840 Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti