...

Bakıda körpə bacı-qardaş dəm qazından zəhərlənərək öldü

Hadisə Materials 7 Fevral 2026 14:06 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Xətai rayonunda 2 yaşlı bacı-qardaş dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə dünən saat 17:00 radələrində baş verib.

Belə ki, 2024-cü il təvəllüdlü F.S və K.S dəm qazında boğularaq dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən gün saat 17:00 radələrində ə Xətai rayonu, Kənd Əhmədli ərazisindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvvəllüdlü 2 azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti