Bakı. Trend:
Fevralın 8-də və 9-da bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend-in
xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa,
Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir,
Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın,
Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala,
Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək,
küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
