Bakı. Trend:
Fin körfəzinin akvatoriyasında eyni istiqamətdə hərəkət edən iki gəmi toqquşub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Leninqrad vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
“Eyni istiqamətdə hərəkət zamanı "Glifada" və "Aeolian Fortune" gəmiləri arasında yanlama toqquşma baş verib”, – məlumatda bildirilib.
Vurğulanıb ki, toqquşma nəticəsində xəsarət alan yoxdur, ətraf mühitin çirklənməsi qeydə alınmayıb. Hadisə digər gəmilərin hərəkətinə təsir göstərmir.
Hər iki gəminin heyəti dəymiş ziyanın qiymətləndirilməsini aparır.
