...

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında təmsil olunub (FOTO)

Telekommunikasiya Materials 6 Fevral 2026 12:21 (UTC +04:00)
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında təmsil olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Küveytdə Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən nazir müavini Samir Məmmədov ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028”, Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində nazir müavini Samir Məmmədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Deemah Al Yahya ilə görüş keçirib, Azərbaycanın rəqəmsal siyasəti və ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Nazir müavini Samir Məmmədovun Mərakeş, Pakistan, Keniya, Nigeriya və Omanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşləri olub. Əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin “BMC Helix” və “500 Global” şirkətlərinin nümayəndələri ilə görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti