Bakı. Trend:
Şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi təhlil ediləcək.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə razılaşdırmaqla şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil edib, beynəlxalq təcrübəni araşdırıb normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərini 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
