Bakı. Trend:
Fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən
gecə bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalı var.
Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa
enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda
gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
