...

SOCAR tərəfdaş şirkətlərlə sənaye təhlükəsizliyi üzrə təcrübə mübadiləsi apardı

Energetika Materials 6 Fevral 2026 12:34 (UTC +04:00)
SOCAR tərəfdaş şirkətlərlə sənaye təhlükəsizliyi üzrə təcrübə mübadiləsi apardı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Uzbekneftegaz” SC, “KazMunayGaz” SC və “Tatneft” PJSC şirkətlərinin nümayəndələri ilə birgə SOCAR-ın istehsalat müəssisələrindən biri olan Karbamid zavodunu ziyarət ediblər.

Trend bu barədə “SOCAR Downstream”a istinadən xəbər verir.

Bildirilib ki, ötən ilin martın 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Uzbekneftegaz” SC, “KazMunayGaz” SC və “Tatneft” PJSC arasında sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum çərçivəsində təcrübə mübadiləsi davam etdirilir.

Qeyd edilib ki, memorandumun müddəalarına uyğun olaraq, şirkətlər arasında nəzərdə tutulan təcrübə mübadiləsi 2025-ci il ərzində uğurla həyata keçirilib və planlaşdırılan bütün tədbirlər icra olunub.

Vurğulanıb ki, əməkdaşlığın davamı olaraq, tərəfdaş şirkətlərin nümayəndələri fevralın 4-də SOCAR-ın istehsalat müəssisələrindən biri olan Karbamid zavodunu ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlara zavodun fəaliyyəti haqqında ümumi məlumat verilib, rəqəmsal həllər, sənaye və ekoloji təhlükəsizlik, əməyin mühafizəsi və sağlamlıq sahəsində tətbiq olunan qabaqcıl təcrübələr təqdim olunub.

“Görüş zamanı bu istiqamətlər üzrə ətraflı müzakirələr aparılıb, təcrübə və bilik mübadiləsi həyata keçirilib. Tərəflər sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti