...

Çində biotexnoloji zavod partladı – Ölənlər var

Dünya xəbərləri Materials 7 Fevral 2026 12:10 (UTC +04:00)
Çində biotexnoloji zavod partladı – Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şimalında, Şansi əyalətində fəaliyyət göstərən biotexnoloji zavodda baş vermiş partlayış nəticəsində azı 5 nəfər həyatını itirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə səhər saatlarında “Japeng” şirkətinin Şanyin rayonunda yerləşən istehsal müəssələrindən birində baş verib. Yerli vaxtla 10:38-də xilasedicilər dağıntılar altında 5 işçinin cansız bədənini çıxarıb.

Hazırda sahədə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Hakimiyyət partlayışın səbəblərini araşdırmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti