...

Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı gücləndirmək niyyətindədir (FOTO)

Siyasət Materials 6 Fevral 2026 15:36 (UTC +04:00)
Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı gücləndirmək niyyətindədir (FOTO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Meksika–Azərbaycan dostluq qrupunun ölkə Seymindəki i sədri Korina Villyeqas ilə işgüzar görüş keçirib.

Trend xəbər verir ki, tərəflər fevralın 10-da baş tutacaq dostluq qrupunun fəaliyyətinin rəsmi başlanmasına hazırlıq məsələlərini müzakirə ediblər.

Dostluq qrupunun yaradılması Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində əsas addım kimi qiymətləndirilir.

“Belə görüşlər dövlətlər arasında dialoqu, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirir, həmçinin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında mədəni, iqtisadi və siyasi mübadiləyə töhfə verən körpülərin qurulmasına imkan yaradır”, – deyə Villeqas bildirib.

O, həmçinin xalqların yaxınlaşmasına və genişləndirilmiş ümumi imkanlara malik gələcəyin formalaşdırılmasına yönəlmiş fəal parlament diplomatiyasına sadiqliyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti