...

At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı (VİDEO)

Hadisə Materials 7 Fevral 2026 10:14 (UTC +04:00)
At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

Trend-in yerli bürosu xəbər verir ki, T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.

Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti