...

Yaponiyada güclü qar qurbanlarının sayı 42 nəfərə çatdı

Dünya xəbərləri Materials 6 Fevral 2026 11:41 (UTC +04:00)
Yaponiyada güclü qar qurbanlarının sayı 42 nəfərə çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 20-dən etibarən Yaponiyanın şimal bölgələrinə və Yapon dənizi sahillərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 42 nəfərə yüksəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Niiqata prefekturasında 15, Akita prefekturasında 8, Aomori və Yamaqata prefekturalarında 5, Hokkaydo prefekturasında 4, İvate, Fukui, Naqano, Kioto və Şimane prefekturalarında isə hərəsində 1 nəfərin həyatını itirdiyi qeyd olunub.

Məlumata görə, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırları təmizləyən zaman səhhəti pisləşən şəxslər olub.

Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (FDMA) güclü qar səbəbindən baş verən qəzalar nəticəsində ümumilikdə 444 nəfərin xəsarət aldığını açıqlayıb. Onlardan 156-nın vəziyyətinin ağır, 288-nin isə yüngül olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti