Bakı. Trend:
2025-ci ildə Azərbaycandan İndoneziyaya 111,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 229 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 67 milyon ABŞ dolları və ya 37,5 faiz, həcm baxımından isə 81,8 min ton və ya 26,3 faiz azdır.
2024-cü ildə Azərbaycandan İndoneziyaya 178,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 310,8 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
