...

Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Cəmiyyət Materials 7 Fevral 2026 09:27 (UTC +04:00)
Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Biləsuvar şəhərinin bəzi küçələrində elektirik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti