Bakı. Trend:
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardi ilə bağlı qərar verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhəngi argentinalı forvardla yeni sözləşmə imzalayacaq.
İkardi ilə yaxın günlərdə 2+1 illik müqavilə imzalanacaq. 32 yaşlı futbolçunun illik maaşı 7 milyon avro olacaq.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
