...

Azərbaycandan Avropaya "yaşıl dəhliz" layihəsi enerji bazarlarının birləşdirilməsi baxımından önəmli strateji addımdır - Aİ

Yaşıl iqtisadiyyat Materials 7 Fevral 2026 11:00 (UTC +04:00)
Azərbaycandan Avropaya "yaşıl dəhliz" layihəsi enerji bazarlarının birləşdirilməsi baxımından önəmli strateji addımdır - Aİ
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstandan Avropaya “yaşıl enerji"nin nəqlini nəzərdə tutan Qara dəniz enerji kabeli layihəsi enerji bazarlarının birləşdirilməsi istiqamətində mühüm strateji addımdır.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

“Tbilisidən Rumıniyaya planlaşdırılan sualtı enerji kabeli enerji bazarlarının birləşdirilməsi baxımından mühüm strateji addımdır. Bu layihə 2025-ci ilin dekabrında ümumi maraq layihələri və qarşılıqlı maraq layihələrinin ikinci siyahısına (PCI/PMI siyahısı) daxil edilib. Layihə hər iki enerji sisteminin balanslaşdırılmasına və hər iki tərəfdə daha böyük həcmdə bərpa olunan enerji mənbələrinin inteqrasiyasına töhfə verəcək.Layihənin 2030-cu illərin əvvəllərində həyata keçirilməsi gözlənilir. Bununla yanaşı, bu bağlantıdan maksimum istifadə üçün daxili şəbəkələrin gücləndirilməsi, xüsusilə Rumıniya və Bolqarıstanda 400 kV-luq daha güclü ötürmə xətlərinin (məsələn, Dobrucada və Dunay üzərindən) inşası zəruridir. Regionda bu bazarlarla fiziki əlaqələrin reallaşdırılması üçün iri miqyaslı enerji obyektlərinin qurulmasına imkan verən zəruri logistika infrastrukturu da inkişaf etdirilir”, – tədqiqatda qeyd olunur.

Analitiklər qeyd edirlər ki, Gürcüstanda Batumi və Poti limanlarının modernləşdirilməsi, eləcə də dərin dəniz limanı olan Anakliyanın dirçəlişi strateji olaraq sualtı kabelin çəkilməsi və bərpa olunan enerji layihələrinin icrası üçün tələb olunan ağır avadanlıqların qəbulunun təmin edilməsinə yönəlib.

“Analoji logistik hazırlıq Qara dənizin Avropa sahillərində də formalaşır. Burada Bolqarıstan və Rumıniya Konstansa və Varna limanlarını modernləşdirirlər. Bu qovşaqları ağır yüklər üçün körpülər və dəniz külək enerjisi komponentləri üçün ixtisaslaşmış anbar gücləri ilə təchiz etməklə, həmin ölkələr enerji bazarlarını birləşdirəcək fiziki dəhlizlərin tikintisi üçün zəruri olan sinxronlaşdırılmış sənaye ekosistemini formalaşdırırlar”, – sənəddə vurğulanır.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb.

Saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl elektrik enerjisi"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl enerji" tədarükünü təşkil etməyə imkan verəcək.

2024-cü ilin sentyabrında Rumıniyanın elektrik enerjisinin ötürülməsi sistemi operatoru Transelectrica, Gürcüstanın operatoru "Georgian State Electrosystem", Azərbaycanın enerji şirkəti "AzerEnerji" və Macarıstanın enerji şirkəti MVM Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi məqsədilə birgə şirkət təsis ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti