...

Fransada keçmiş nazirə "Epşteyn qalmaqalı" ilə əlaqədar cinayət işi açıldı

Dünya xəbərləri Materials 7 Fevral 2026 14:57 (UTC +04:00)
Fransada keçmiş nazirə "Epşteyn qalmaqalı" ilə əlaqədar cinayət işi açıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada Milli Maliyyə Prokurorluğu “Epşteyn sənədləri” işi üzrə keçmiş mədəniyyət naziri Jak Lanq və onun qızı Karolin Lanq barəsində istintaqa başlayıb. Onlar amerikalı maliyyəçi Ceffri Epşteynlə birlikdə çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İstintaq "Mediapart" agentliyinin dərc etdiyi materialdan sonra başlanıb. Agentlik ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə yayımladığı sənədlərə istinadla iddia edib ki, hər iki şübhəli amerikalı maliyyəçi ilə birlikdə Vircin adalarında qeydiyyatdan keçmiş "Prytanee LLC" şirkətinin sahiblərindən olub.

Həmçinin onların Mərakeşdə 5,4 milyon avro dəyərində daşınmaz əmlakın satışı ilə bağlı sövdələşmədə iştirakı barədə məlumat verilib.

Bundan başqa Epşteyn öz vəsiyyətində Karolin Lanqa 5 milyon dollar verilməsini tapşırıb, lakin Lanqa məlumatı şərh edərkən bundan xəbəri olmadığını bildirib.

Xatırladaq ki, Karolin Lanq bazar ertəsi mediada Lanq ailəsinin Epşteynlə əlaqələri barədə məlumat yayıldıqdan sonra Kinoprodüserlərin Həmkarlar İttifaqının rəhbəri və bir sıra digər vəzifələrindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti