...

“Kristina” qasırğası bu ölkəyə azı 4 milyard avro ziyan vurub

Dünya xəbərləri Materials 6 Fevral 2026 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya hökumətinin ilkin hesablamalarına görə, “Kristina” qasırğasının zədələdiyi infrastrukturun bərpası azı 4 milyard avroya başa gələcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ölkənin iqtisadiyyat naziri Manuel Kastro Almeyda “RTP” telekanalına açıqlamasında bildirib ki, dəyən zərər iqtisadiyyat üçün ciddi bir şok olacaq.

O əlavə edib ki, qiymətləndirməyə təchizat zəncirindəki fasilələr kimi dolayı itkilər daxil deyil. İstehsal sahələri tamamilə dağıldığı üçün bəzi şirkətlər fabrikləri yenidən qurmalı olacaqlar.

Qeyd edək ki, “Kristina” qasırğası Portuqaliyanı yanvarın 31-də vurub. Sürəti saatda 200 kilometri ötən külək ölkədə təxminən 450 min ev təsərrüfatını elektriksiz qoyub və azı beş nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti