...

Kuba enerji böhranı fonunda sərt qənaət tədbirləri tətbiq edir

Dünya xəbərləri Materials 7 Fevral 2026 08:13 (UTC +04:00)

Bakı. Trend:

Kuba hökuməti enerji böhranına görə ciddi qənaət tədbirləri barədə qərar verib.

Trend-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kubaya yanacaq satan ölkələrə əlavə rüsum tətbiq edəcəyini bildirib. Bundan sonra ölkənin yanacaq təminatı dayanıb.

Kubanın Baş naziri Oskar Peres bildirib ki, bu gündən yanacaq yalnız zəruri infrastrukturun fəaliyyəti üçün istifadə ediləcək. Dövlət müəssisələrində iş həftəsi 4 günə endiriləcək, şəhərlərarası qatar və avtobus reyslərinin sayı azaldılacaq, bəzi turizm obyektləri bağlanacaq.

Məktəblərdə dərs saatları qısaldılacaq, universitetlərdə isə yarıəyani təhsil tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti