Bakı. Trend:
Polis əməkdaşları Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelsonun məxfi hökumət məlumatlarını amerikalı maliyyəçi Ceffri Epşteynə ötürdüyü iddiası ilə əlaqədar olaraq onun iki evində axtarış aparılıb.
Trend-in məlumatına görə, bu barədə London polisi bildirib.
Qeyd olunub ki, axtarışlar iki ünvanda - İngiltərənin cənub-qərbindəki Uiltşir qraflığında və Londonun Kemden rayonunda aparılır.
"Axtarışlar vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı davam edən istintaq çərçivəsində aparılır. İş üzrə 72 yaşlı kişi şübhəli qismində iştirak edir. O, saxlanılmayıb", - deyə polis qeyd edib.