Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı aparılmış tədqiqatın nəticələri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, hesabat 04.02.2026-cı il tarixində Elektron
Təhlükəsizlik Xidmətinin (bundan sonra - Xidmət) əməkdaşlarının
bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı
aparılmış tədqiqatın nəticələrini ehtiva edir.
Bildirilib ki, xidmətin əməkdaşları aşkarlanmış zərərli proqram
təminatı üzərində tərsinə mühəndislik (proqramın davranışını
anlamaq və onun komponentlərini müəyyən etmək məqsədilə aparılan
təhlil) əməliyyatları həyata keçirib, nəticədə əlavə indikatorlar
("loc") muəyyən edib.
Qeyd edilib ki, hücum cəhdində "Microsoft Excel" faylına
yerləşdirilmiş "loader" tipli (zərərli proqram təminatının hədəf
kompüter sisteminə yüklənilməsi üçün istifadə olunan) şifrələnmiş
skript və şəkil faylına steqanoqrafiya (faylın içərisinə gizli
məlumatların yerləşdirilməsi) vasitəsilə əlavə olunan "Remcos" adlı
zərərli proqram təminatları istifadə edilib.
Hücumun ümumi sxematik təsviri ilə bu keçiddən tanış olmaq olar.
