...

Türkiyədə ard-arda 3 zəlzələ oldu

Dünya xəbərləri Materials 7 Fevral 2026 12:12 (UTC +04:00)
Türkiyədə ard-arda 3 zəlzələ oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Balıkəsir vilayətində bir dəqiqə ərzində 3 zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallarında İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 09:41-də (Bakı vaxtı ilə 10:41-də) 3,5 maqnitudalı zəlzələ olub. Həmin zəlzələnin yeraltı ocağı 8,13 kilometr dərinlikdə olub. Ondan 10 saniyə sonra episentri Sınırdağı rayonu olan 4,1 bal gücündə ikinci zəlzələ baş verib. On saniyəlik növbəti intervaldan sonra isə yenidən Sınırdağında, bu dəfə 4 ballıq yeraltı təkan qeydə alnıb. Zəlzələnin yeraltı ocağı 7,87 kilometr dərinlikdə olub.

Yeraltı təkanların hər hansı dağıntılara səbəb olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti