...

Polşa Ukrayna ilə sərhəddə hava məkanını bağladı

Dünya xəbərləri Materials 7 Fevral 2026 10:16 (UTC +04:00)
Polşa Ukrayna ilə sərhəddə hava məkanını bağladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa cənub-şərq sərhədlərində hava məkanını artıq bir neçə saatdır ki, bağlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu “FlightRadar24” məlumatları əks etdirir.

Hava məkanının bağlanma səbəbi hələlik açıqlanmır.

Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X” səhifəsində Rusiyanın Ukraynadakı aktivliyi fonunda Polşa qırıcılarının havaya qaldırıldığını bildirib. Həmçinin hava hücumlarından müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Polşalı hərbçilər əmin edirlər ki, bu tədbirlər preventiv xarakter daşıyır və ölkə sərhədlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Xatırladaq ki, yanvarın 28-də naməlum pilotsuz uçuş aparatı Polşa hərbi bazasının ərazisində yerləşən silah-sursat anbarı yaxınlığında yerə düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti