...

ABŞ İranla "yaxşı danışıqlar" apardı - Tramp

Dünya xəbərləri Materials 7 Fevral 2026 06:51 (UTC +04:00)
ABŞ İranla "yaxşı danışıqlar" apardı - Tramp

Bakı. Trend:

ABŞ İranla "çox yaxşı danışıqlar" aparıb və Tehran razılaşma əldə etməyə can atır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

"İranla bağlı çox yaxşı danışıqlarımız da oldu. Görünür, İran razılaşma əldə etməkdə çox istəklidir", - deyə o bildirib.

O, bir daha İran yaxınlığında ABŞ qüvvələrin yerləşdirildiyini təkrarladı.

"Bizim böyük bir armadamız var və böyük donanmamız həmin istiqamətdə irəliləyir və çox tezliklə orada olacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti