...

İran ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsindən imtina etmədi - KİV

Dünya xəbərləri Materials 7 Fevral 2026 00:01 (UTC +04:00)
İran ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsindən imtina etmədi - KİV

Bakı. Trend:

Omanda ABŞ ilə İran arasında danışıqları zamanı İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa bir ölkəyə ötürmək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

"İran mediasının məlumatına görə, xarici işlər naziri Abbas Əraqçi amerikalı həmkarlarına Tehranın uranın zənginləşdirilməsindən imtina etməyəcəyini və ya onu başqa bir ölkəyə ötürməyəcəyini bildirib", - deyə nəşr bildiribş

Qəzetin vəziyyətlə tanış olan mənbələri bildiriblər ki, onların məlumatına görə, görüşdə heç bir tərəf danışıqlar mövqeyini dəyişməyib. Eyni zamanda, hər iki tərəf ABŞ-nin İrana mümkün hücumundan qaçmaq üçün problemin diplomatik həllini axtarmağa davam etmək niyyətində olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti